İsrailin Baş naziri Binyamin Netanyahu bildirib ki, İran ABŞ Prezidenti Donald Trampı iki dəfə öldürməyə cəhd edib və onun sözlərinə görə, belə cəhdlər hələ də davam edir.
Bizimyol.info xəbər verir ki, bu barədə o, amerikalı "Newsmax" telekanalına verdiyi müsahibədə danışıb.
Netanyahu müsahibə zamanı mövcud münaqişədən əvvəl İranın rolunu xatırlamağa çağıraraq, onu “Yaxın Şərqin baş yaramazı” və dünyada dövlət terrorizminin əsas sponsorlarından biri adlandırıb.
Baş nazirin iddiasına görə, son onilliklərdə İran bir çox amerikalının ölüm və yaralanmasında əli olub. Xüsusilə, o, Əfqanıstanda əl istehsalı partlayıcı cihazların istifadə edilməsini, diplomatik missiyalara hücumları və Trampın həyatına qarşı mümkün sui-qəsd cəhdlərini qeyd edib.
“Onlar prezident Trampa iki dəfə sui-qəsd etməyə çalışıblar. Hətta indi də onun həyatına təhlükə yaratmaq cəhdləri davam edir”, — deyə Netanyahu vurğulayıb.
Bizimyol.info






