Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Hindistanda sərnişin ruh gördüyünü deyərək təyyarənin təcili çıxış qapısını açmaq istədi
Hindistanda sərnişin ruh gördüyünü deyərək təyyarənin təcili çıxış qapısını açmaq istədi

Banqalor-Varanasi reysi zamanı "Airbus A321" təyyarəsində sərnişin iki dəfə təcili çıxış qapısını açmağa cəhd edib. Hadisənin qarşısını təyyarənin ekipajı alıb və təyyarə təhlükəsiz şəkildə Varanasi hava limanına enib.

Bizimyol.info xəbər verir ki, "IndiGo" şirkətinə məxsus təyyarədə 100-dən çox sərnişin olub. Hadisə təyyarə təxminən 150 metr yüksəklikdə olarkən, enişə yaxın vaxtda baş verib. Pilot təhlükəsizlik səbəbindən ikinci dəfə eniş manevri etmək məcburiyyətində qalıb.

Hadisə nəticəsində heç kəs xəsarət almayıb, lakin sərnişinlər ciddi stress yaşayıblar. Təyyarə enəndən sonra sərnişin polisə təhvil verilib. Dindirilmə zamanı o bildirib ki, hərəkətlərinin fərqində olmayıb və təyyarəni tərk etmək istəyib, çünki onu “ruh” narahat edirmiş.

Hadisə həm sərnişinlər arasında həyəcan yaradıb, həm də təyyarə təhlükəsizliyinə dair yenidən müzakirələrə səbəb olub. Təyyarənin ekipajı hadisəyə operativ müdaxilə edərək ciddi insidentin qarşısını alıb.

Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »