Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Rusiya İrana hərbi dron və kəşfiyyat dəstəyi verir
Rusiya İrana hərbi dron və kəşfiyyat dəstəyi verir

Rusiya mərhələli şəkildə İrana hərbi dronlar, dərman və ərzaq çatdırır. Təchizat martın əvvəlində başlayıb və ayın sonuna qədər tamamlanması planlaşdırılır.

Bizimyol.info xəbər verir ki, bu barədə "Financial Times" qəzeti Qərb kəşfiyyat orqanlarına istinadən məlumat yayıb.

Moskva və Tehran ABŞ və İsrailin paytaxta hücumlarından dərhal sonra gizli danışıqlara başlayıblar. Rəsmi açıqlamalarda Kremlin Tehrana humanitar yardım göstərdiyi bildirilir, lakin mənbələr dronlar üçün kəşfiyyat məlumatları və peyk şəkillərinin də verildiyini bildirir.

Ekspertlər qeyd edir ki, İrana göndərilən dronlar “Gəran-2” tipli, İranın “Şahid” dronlarının təkmilləşdirilmiş versiyalarıdır. Bu dronlar daha güclü mühərrik, inkişaf etmiş naviqasiya və radioelektron müdafiəyə malikdir.

Ötən həftə İsrail Rusiya-İran tədarük marşrutunu Xəzər dənizində bombalayaraq silah daşınmasını çətinləşdirib. Moskva isə "S-400" sistemlərinin verilməsini risk səbəbindən rədd edib.

Hələ ki, Rusiya-İran tərəfdaşlığı qarşılıqlı müdafiə öhdəliyi nəzərdə tutmur, lakin indiki tədarük Moskvanın Tehrana hərbi yardım göstərməyə hazır olduğunu göstərir.

ABŞ və İsrailin Yaxın Şərqdə əməliyyatları fonunda Rusiya İrana kəşfiyyat məlumatları və texnologiyalar göndərərək regiondakı ABŞ qüvvələrinə zərbələr endirməyə kömək edir.

İran isə ABŞ prezidentinin sülh planını rədd edib və münaqişənin davamını üstün tutur.

"Wall Street Journal" bildirir ki, ABŞ yaxın vaxtlarda İrana qarşı quru əməliyyatına başlaya bilər.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »