ABŞ prezidenti Donald Trump və Hindistanın baş naziri Narendra Modi telefon danışığı zamanı Yaxın Şərqdəki mövcud vəziyyəti müzakirə ediblər.
Bizimyol.info xəbər verir ki, bu barədə ABŞ-ın Cənubi Asiya respublikasındakı səfiri Sergio Gor məlumat verib.
“Prezident Donald Tramp indicə baş nazir Modi ilə danışdı. Onlar Yaxın Şərqdəki hazırkı vəziyyəti, o cümlədən Hörmüz boğazının açıq qalmasının vacibliyini müzakirə etdilər”, – deyə diplomat "X" sosial şəbəkəsində yazıb.






