Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Livan İran səfirini “persona non grata” elan edib
Livan İran səfirini “persona non grata” elan edib

Livan Xarici İşlər Nazirliyi İranın ölkədəki səfiri Mohammad Reza Sheibanini “persona non grata” (arzuolunmaz şəxs) elan edib.

Bizimyol.info xəbər verir ki, bu barədə nazirliyin "X" sosial şəbəkəsində yayılan bəyanatında bildirilib.

Sənəddə qeyd olunur ki, Livan dövləti İran səfirinin namizədliyinə verdiyi razılığı geri götürür və onu arzuolunmaz şəxs elan edir.

İranlı diplomatın 29 mart tarixindən gec olmayaraq Beyrutu tərk etməli olduğu vurğulanır. Qərarın səbəbi kimi isə Tehranın diplomatik normaları və dövlətlərarası ünsiyyət qaydalarını pozması göstərilib.

Bundan əvvəl Livan XİN-in baş katibi Abdel Sattar Issa ölkənin Tehrandakı səfiri Ahmad Sveidanın məsləhətləşmələr üçün geri çağırıldığını açıqlamışdı.

Martın 5-də isə Livan hökuməti hüquq-mühafizə orqanlarından İslam İnqilabı Keşikçiləri Korpusunun (İİKK, İran Silahlı Qüvvələrinin elit bölməsi) ölkə ərazisindəki fəaliyyətinin qarşısını almaq üçün qəti tədbirlər görülməsini tələb edib.

Livanın informasiya naziri Paul Morkos bildirib ki, müvafiq qurumlara İİKK üzvlərinin ölkədə mövcudluğunu araşdırmaq və onların hansı örtük altında fəaliyyət göstərməsindən asılı olmayaraq hərbi fəaliyyətlərini dərhal dayandırmaq tapşırılıb.

Nazir vurğulayıb ki, İİKK-ın Livandakı fəaliyyəti qadağandır, onun üzvləri saxlanılaraq ölkələrinə geri göndəriləcək.

Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »