Günəş hazırda minimal fəaliyyət səviyyəsi göstərir, lakin onun tamamilə sakit olduğunu söyləmək olmaz. Bu vəziyyət həftənin sonuna qədər davam edə bilər.
Bizimyol.info xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Kosmik Tədqiqatlar İnstitutunun (IKI) Günəş Astronomiyası Laboratoriyası məlumat verib.
Laboratoriyadan bildirilib ki, son 24 saat ərzində keçən həftə baş verən maqnit qasırğasının qalıq partlayışları müşahidə olunub və Günəş küləyinin sürəti hələ də yüksəkdir. Günəşdə bir neçə orta ölçülü ləkə qrupu var, lakin onlar demək olar ki, aktiv deyil. Bu ləkələr yalnız “Günəşdən gələn sərt şüalanmanın fon səviyyəsinin çox aşağı düşməsinin qarşısını almağa” kifayətdir. Hal-hazırda Günəşdə partlayışlar qeydə alınmayıb.
Bizimyol.info






