İsrail Hərbi Hava Qüvvələrinin təyyarələri Livanın cənubunda Kaaqiə bölgəsində Litani çayı üzərində yerləşən körpüyə zərbə endirib.
Bizimyol.info xəbər verir ki, bu barədə "Al-Mayadeen" məlumat verib.
Məlumata görə, mühəndislik və yol infrastrukturundan ibarət körpü bir neçə raket atıldıqdan sonra sıradan çıxıb. Nəticədə, Nabatya və Bint-Cbeyl şəhərləri arasında avtomobil hərəkəti dayandırılıb.
14 mart tarixində Nabatya-Mardcayun yolunu birləşdirən Hardali bölgəsindəki Litani çayı üzərindəki körpü dağıdılıb.
19 və 22 mart tarixlərində isə Sayda-Tir cənub avtomagistralında El-Kasmiya bölgəsində Litani çayı üzərindəki iki körpü dağıdılıb.
Respublika prezidenti Joseph Aoun İsrailin mühüm mülki infrastruktur obyektlərinə, xüsusilə Litani çayı üzərindəki körpülərə hücumunu qınayıb. O bildirib ki, bu hücum “ölkənin cənub bölgəsi ilə digər hissəsi arasında coğrafi əlaqəni kəsməyə yönəlmiş cəhd”dir.
Bizimyol.nfo






