Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
ABŞ İranın Hörmüz boğazında tankerləri izlədiyi radar bazasını məhv etdiyini açıqlayıb
ABŞ İranın Hörmüz boğazında tankerləri izlədiyi radar bazasını məhv etdiyini açıqlayıb

ABŞ İranın Hörmüz boğazında tankerlərin hərəkətini izləmək üçün istifadə etdiyi radar bazasını məhv etdiyini bildirib. ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı qeyd edib ki, həyata keçirilən zərbələr İranın və İslam İnqilabı Keşikçiləri Korpusunun Hörmüz boğazında gəmiçiliyi məhdudlaşdırmaq imkanlarını “davamlı şəkildə zəiflədir”.

Bizimyol.info xəbər verir ki, bu barədə ABŞ Mərkəzi Komandanlığının rəhbəri, admiral Brad Cooper məlumat verib.

Kuper sosial şəbəkə X-də yayımlanan videomüraciətində: “Biz birgə fəaliyyət göstərərkən, eyni zamanda İranın Hörmüz boğazı boyunca sərbəst ticarətə yaratdığı uzunmüddətli təhdidin aradan qaldırılmasına fokuslanmışıq”, - deyə bildirib.

Admiralın sözlərinə görə, İranın sahil xətti boyunca yerləşən yeraltı obyektə endirilən zərbə “gəmilərin hərəkətini izləmək üçün istifadə olunan kəşfiyyat məntəqələrini və raket radarlarını məhv edib”.

“Bunun nəticəsində İranın Hörmüz boğazı və ətrafında gəmiçiliyin azadlığına təhdid yaratmaq qabiliyyəti zəiflədilib”, – deyə o əlavə edib.

Daha əvvəl isə ABŞ prezidenti Donald Trump NATO üzv ölkələrini neft tankerlərinin boğazdan keçidi üçün hərbi gəmilər göndərmək tələbinə müsbət cavab vermədiklərinə görə tənqid etmişdi.

Bundan əlavə, Tramp administrasiyasının İranı Hörmüz boğazını yenidən açmağa məcbur etmək üçün Xark adasını işğal və ya blokadaya alma planlarını nəzərdən keçirdiyi də bildirilir.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »