Prezident Mesut Pezeşkiyan bildirib ki, İslam ölkələri ilə münaqişə yaratmaq niyyətləri yoxdur və onlarla hər hansı bir toqquşma və ya müharibə istəmirlər.
Bizimyol.info xəbər verir ki, "Tesnim" xəbər agentliyinin məlumatına görə, Prezident Pezeşkiyan 2026 (1405)-cü ilin girişi münasibətilə yayımladığı Novruz mesajında İran xalqına müraciət edərək: “Novruzun gəlişi ilə bütün qəzəb, inciklik və ixtilafları bir kənara qoymağa çalışırıq”, - deyib.
“Bu il Novruza hər zamankindən daha çox ehtiyacımız var; mədəniyyətimizdəki birliyi, həmrəyliyi və milli razılığı ortaya qoyan, eləcə də bunu bütün dünyaya nümayiş etdirən bir Novruz...”, - deyə Pezeşkiyan açıqlamasında qeyd edib.
O, qəzəblərin və incikliklərin bir kənara qoyulmasının vacibliyini vurğulayaraq: “İranda yaşadığımız fırtınalardan və böhranlardan başımız dik çıxmaq üçün problemləri və qırgınlıqları buraxmalı, əl-ələ verməliyik”, - deyib.
İslam ölkələri ilə münasibətlərə toxunan Prezident Pezeşkiyan: “İslam ölkələri ilə ixtilaf yaşamaq niyyətimiz yoxdur; onlarla hər hansı bir toqquşma və ya müharibə arzusunda deyilik. Bu ölkələr bizim qardaşlarımızdır. Ortaya çıxan hər hansı ixtilaf düşmənçilik və düşmənin planlarının nəticəsidir. O düşmən isə öz üsul və davranışları ilə biz müsəlmanların cəmiyyətində problemlər yaratmağa çalışır”, - dyə bildirib.
Prezident Pezeşkiyan mesajını yaşanan acı hadisələri xatırladaraq: “Mübarək Ramazan ayında, heç bir səbəb və məntiq olmadan Əziz Liderimizi şəhid etdilər. Heç bir səbəb olmadan komandirlərimizi və nazirlərimizi bizdən aldılar. Yenə heç bir səbəb olmadan, insan hüquqlarından və humanizmdən danışanlar, məktəbdə 168 günahsız uşağı şəhid etdilər”, - deyə davam etdirib.
Bizimyol.info






