Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Müdafiə Nazirliyi: “Əsgərlərə bayram günlərində görüşlər yalnız şəxsiyyətini təsdiq edən sənədi təqdim etmiş yaxın qohumlara icazə veriləcək”
Müdafiə Nazirliyi: “Əsgərlərə bayram günlərində görüşlər yalnız şəxsiyyətini təsdiq edən sənədi təqdim etmiş yaxın qohumlara icazə veriləcək”

Milli bayramımız olan Novruz bayramında qohumların görüşməsi və bayramlaşması xüsusi əhəmiyyət daşıyır. Bu ərəfədə hərbi xidmətdə olan əsgərlərin də ailələri ilə görüş imkanları ictimai maraq doğurur.

  • Hərbi hissələrdə əsgərlərin valideynləri ilə görüşünə icazə veriləcəkmi?
  • Əlavə məzuniyyət və ya evə buraxılma imkanları planlaşdırılırmı?

Yaranan suallarla bağlı Müdafiə Nazirliyinə sorğu ünvanladıq. Qurumdan Bizimyol.info xəbər portalının sorğusuna cavab olaraq bildirilib ki, görüşlərə qida və ya ərzaq məhsulları gətirmək qadağandır: “Novruz və Ramazan bayramları günlərində Azərbaycan Ordusuna yeni çağırılmış gənc əsgərlər istisna olmaqla, digər müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularla görüşlərin keçirilməsində heç bir məhdudiyyət yoxdur. Bunun üçün hərbi hissələrdə müvafiq şərait yaradılacaqdır.

Görüşlər yalnız şəxsiyyətini təsdiq edən sənədi təqdim etmiş yaxın qohumlara — valideynlər, həyat yoldaşı, uşaqlar, baba və nənə, həmçinin doğma və ögey (eyni ata və ya anası olan) qardaş və bacılara icazə veriləcək.

Şəxsi heyətin sağlamlığının qorunması məqsədilə görüşlərə qida və ya ərzaq məhsulları gətirmək qadağandır.

Onu da qeyd edək ki, əsgərlərin növbəti məzuniyyətə buraxılması prosesi xidmət müddətinə uyğun olaraq əvvəlcədən təsdiq edilmiş qrafik əsasında həyata keçirilir”.

Günel Həsənova, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »