Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Tramp: "Netanyahu İranın enerji obyektlərinə zərbə endirməməyə razılaşıb"
Tramp: "Netanyahu İranın enerji obyektlərinə zərbə endirməməyə razılaşıb"

ABŞ Prezidenti Donald Tramp İsrailin Baş naziri Benyamin Netanyahunu İranın neft-qaz obyektlərinə zərbə endirməyin yolverilməzliyi barədə xəbərdar etdiyini bildirib.

"Report" xəbər verir ki, o, bu barədə Ağ Evdə Yaponiyanın Baş naziri Sanae Takaiçi ilə görüşdə bildirib.

"Mən ona bir daha bunu etməməyi söylədim və o, bunu etməyəcək", - Vaşinqton administrasiyasının rəhbəri bildirib.

Trampın sözlərinə görə, ABŞ və İsrail müstəqil hərəkət edir, lakin bununla yanaşı, öz səylərini əlaqələndirirlər: "Zaman-zaman o, nəsə edir və əgər bu, mənim xoşuma gəlmirsə, onda biz bunu etmirik".

Son xəbərlər
Bütün xəbərlər »