Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Azərbaycan Gürcüstandan avtomobil idxalını kəskin azaldıb
Azərbaycan Gürcüstandan avtomobil idxalını kəskin azaldıb

Bu ilin yanvar-fevral aylarında Gürcüstandan Azərbaycana ümumi dəyəri 21,7 milyon ABŞ dolları olan 597 ədəd minik avtomobili ixrac edilib.

Bu barədə Gürcüstanın Milli Statistika İdarəsinin xarici ticarət portalı məlumat verib.

İllik müqayisədə Azərbaycanın qonşu ölkədən avtomobil idxalı dəyər ifadəsində 24,3%, miqdar ifadəsində isə 2 dəfədən çox azalıb.

Hesabat dövründə Gürcüstandan ümumilikdə 216,3 milyon ABŞ dolları dəyərində 8 442 ədəd minik avtomobili ixrac olunub ki, bunun da 7,07%-i Azərbaycana yönəlib. (apa)

Son xəbərlər
Bütün xəbərlər »