Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
İsrail Beyrutun mərkəzi məhəlləsinə zərbə vuracağı barədə xəbərdarlıq edib
İsrail Beyrutun mərkəzi məhəlləsinə zərbə vuracağı barədə xəbərdarlıq edib

Livanın paytaxtı Beyrutun mərkəzində yerləşən sıx məskunlaşmış Əl-Başura məhəlləsinin sakinləri İsrail ordusu tərəfindən həmin ərazidə yerləşən şiə təşkilatı “Hizbullah”a aid obyektə planlaşdırılan zərbə ilə bağlı xəbərdar ediliblər.

Bizimyol.info xəbər verir ki, İsrail ordusunun nümayəndəsi Aviçay Edri "X" sosial şəbəkəsində ərəb dilində yaydığı açıqlamada əhalidən təhlükəli zonada yerləşən binaları dərhal tərk etməyi tələb edib.

“Öz təhlükəsizliyiniz və ailələrinizin təhlükəsizliyi naminə xəritədə göstərilən binaları dərhal tərk etməli və onlardan ən azı 300 metr uzaqlaşmalısınız”, – deyə Edri bildirib.

Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »