Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Kamikadze dronlar və kiçikmiqyaslı raketlər vasitəsilə müəyyən uğurlar əldə edən İran, kiberhücumlarla müharibədə üstünlük qazana bilər"
"Kamikadze dronlar və kiçikmiqyaslı raketlər vasitəsilə müəyyən uğurlar əldə edən İran, kiberhücumlarla müharibədə üstünlük qazana bilər"

ABŞ və İran arasındakı gərginlik təkcə hərbi əməliyyatlarla məhdudlaşmır, qarşıdurma kiber məkanda da davam edir. Məlumatlara görə, tərəflərlə əlaqəli haker qrupları enerji, rabitə və texnologiya sektorlarına qarşı müxtəlif kiberhücumlar həyata keçirir. Mütəxəssislər hesab edirlər ki, müasir müharibələrdə bu cür hücumlar artıq ənənəvi silahlı qarşıdurmalar qədər təsirli vasitəyə çevrilib. Bu hücumlar tərəflərin kritik infrastrukturunu zəiflədərək həm iqtisadi, həm də hərbi baxımdan üstünlük əldə etməyə imkan yarada bilər.

  • Kiberhücumlar ABŞ–İran qarşıdurmasının gedişinə necə təsir göstərə bilər?

Türkiyəli politoloq Hüsamettin İnaç Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, bu gün xüsusilə hiper və hibrid müharibələrdən danışdığımız bir dövrdən keçirik: “Hibrid müharibə dedikdə yalnız ənənəvi qüvvələrin fəaliyyəti deyil, həm də sosial həyatdakı bütün vasitələrin müharibədə istifadəsi, xüsusən də asimmetrik elementlərin – qeyri-dövlət aktyorlarının və təşkilatlarının rolu nəzərdə tutulur. Hiper və hibrid müharibə səbəbindən kiber müharibə də bu prosesin ayrılmaz hissəsi kimi ortaya çıxır. Bu isə bütün elektron avadanlıqların istifadəsi, pozulması və ya yönləndirilməsi ilə bağlı vəziyyəti ifadə edir. Bu, xüsusilə kiber müharibə üçün xarakterikdir. Mərmi atışından tutmuş kompüterlərin istifadəsinə, peyk sistemlərinin idarə olunmasına və rabitəyə qədər hər şeyi əhatə edir. Bu gün qarşı tərəfin döyüş gücünü zəiflətmək üçün geniş şəkildə istifadə olunur. Burada zəif tərəf, güclü silah və milyardlarla dollarlıq resurslara malik düşmənə qarşı əhəmiyyətli üstünlük qazana bilər. Çox az xərclə həyata keçirilən kiberhücumlar digər tərəfə milyardlarla dollar ziyan vura və eyni zamanda onların münaqişə və müharibə strategiyasını iflic edə bilər”.

Hüsamettin İnaç Hüsamettin İnaç

Hüsamettin İnaç qeyd edib ki, buraxılış meydançasına edilən hücum raketin başqa yerə yönəlməsinin qarşısını ala bilər: “Bank sistemlərini tamamilə sıradan çıxarmaq, düşmən qüvvələrinin kompüterlərini və elektron avadanlıqlarını ələ keçirmək, elektron casusluq yolu ilə planları və gizli sənədləri əldə etmək mümkündür. Bəzi iddialara görə, yüksək texnologiyalar vasitəsilə insanlar çiplər və ya elektron təsirlər yolu ilə fərqli düşünməyə məcbur edilə bilər. Yəni insan zehni, xüsusən də müəyyən elektron dalğaların təsiri ilə dəyişdirilə bilər. Bu dalğaların sağlam qərarverməyə mane ola biləcəyi və beyin fəaliyyətinə təsir göstərə biləcəyi iddia olunur. Başqa sözlə, başa düşülməsi çətin olan texnologiyalar tətbiq edilə bilər. Təəssüf ki, bu cür texnologiyalar müharibələri daha da gözlənilməz edir. Məsələn, Tramp Venesuela liderinin tutulması prosesi zamanı əvvəllər istifadə olunmamış yeni bir silahdan bəhs edib. Bu isə beyinə birbaşa təsir göstərən və insanları passivləşdirən texnologiyalarla bağlı iddiaları gücləndirir”.

“Kiber müharibə ABŞ–İran qarşıdurmasında mühüm rol oynaya bilər. İranın bu sahədə kifayət qədər inkişaf etmiş imkanlara malik olduğu məlumdur. Xüsusilə, son dövrlərdə kamikadze dronlar və kiçikmiqyaslı raketlər vasitəsilə müəyyən uğurlar əldə edən İran, kiberhücumlarla da ciddi təsir imkanları qazana və üstünlüyü öz xeyrinə dəyişə bilər. İran müdafiə mövqeyində olduğuna və öz ərazisində fəaliyyət göstərdiyinə görə, kiberhücumlar həyata keçirmə ehtimalı daha yüksək hesab olunur. Xüsusilə donanma, təyyarələr, gəmilər, bərələr və onları əhatə edən dron sistemləri kimi kompleks texnoloji strukturlarda koordinasiyanın pozulması mümkündür. Son zamanlar müxtəlif hərbi texnikalar arasında koordinasiya problemləri, eləcə də tanker təyyarələrinin toqquşması ilə bağlı yayılan xəbərlər, mənə görə, bu cür kiberhücumların nəticəsi ola bilər”, – deyə politoloq vurğulayıb.

İradə Cəlil, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »