Avropa Birliyi (AB) Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə Yüksək Təmsilçisi Kaja Kallas, təhlükəsizlik mühitinin getdikcə mürəkkəbləşdiyini və müharibələrin yalnız döyüş meydanlarında aparılmadığını vurğulayaraq, bilimsəl müharibələrin demokrasiyaları ciddi şəkildə zəiflədə biləcəyinə dair xəbərdarlıq edib.
Kallas, AB Xarici İşlər Xidmətinin illik “Xarici Məlumat Manipulyasiyasına və Müdaxiləyə Qarşı Mübarizə” konfransında çıxış edərkən əməkdaşlığın əhəmiyyətinə toxunub və bildirib ki, təhlükəsizlik sahəsi hər yerdə daha intensiv və mürəkkəb bir hal alır.
O qeyd edib ki, bu, yalnız döyüş meydanında baş verən toqquşmalar, raket atışları və partlayışlarla məhdudlaşmır. “Eyni zamanda insanların qəlbləri və zehnləri üçün aparılan bilimsəl bir savaş mövcuddur. Bu savaşda yalanlar və yanlış təqdimatlar istifadə olunur ki, bu da demokrasiyalarımızı ciddi şəkildə zəiflədir. Buna görə də buna qarşı çıxmalıyıq,” – deyə Kallas bildirib.
Kallas, bu mübarizədə istifadə olunan vasitələrin açıq edilməməsinin də əhəmiyyətli olduğunu, çünki rəqiblərin bu vasitələr barədə məlumat əldə etməsinin onları zəiflədə biləcəyini əlavə etdi.
O həmçinin vurğuladı ki, AB bu mübarizədə indiyədək əsasən müdafiə mövqeyində olub: “Onlar hücum edir, biz isə vəziyyəti idarə etməyə və qarşısını almağa çalışırıq. Lakin daha çox təşəbbüs göstərməli, daha proaktiv olmalıyıq. Yalanlarla deyil, həqiqətlə mübarizə aparmalıyıq,” – deyə Kallas çıxışını yekunlaşdırıb.
Bizimyol.info






