ABŞ Prezidenti Donald Tramp İranın hücumları səbəbindən ölkəsində qalmalı olduğunu və Çin səfərini bir müddət təxirə salacağını açıqlayıb.
Bizimyol.info xəbər verir ki, Trump, vitse-prezident Ceyms Devid Vens ilə Oval Ofisdə keçirilən prezident fərmanı imza mərasimində, İranla bağlı son vəziyyət barədə sualları cavablandırıb.
Əvvəlcə aprelin əvvəlində nəzərdə tutulmuş Çin səfərini həyata keçirib-keçirməyəcəyi barədə suala Tramp belə cavab verib: “Çinlə danışırıq. Gedərdim, çox istərdim, amma müharibə səbəbindən burada qalmalıyam. Burada olmam vacibdir. Ona görə səfəri bir ay təxirə salmaq qərarına gəldik. Onlarla görüşməyi səbirsizliklə gözləyirəm. Aramızda çox yaxşı münasibətlər var”, - deyə ABŞ prezidenti bildirib.
Eyni zamanda Tramp Hörmüz Boğazı ilə bağlı Çinin həm təşəkkür, həm də yardım etməli olduğunu vurğulayıb. O, Pekinin neft ehtiyacının 90%-nin məhz bu boğaz vasitəsilə təmin edildiyini xatırladıb.
Qadir, Bizimyol.info






