Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Vens: "Tramp Ukraynada münaqişənin başa çatmasını və Rusiya ilə ticarətin bərpasını istəyir"
Vens: "Tramp Ukraynada münaqişənin başa çatmasını və Rusiya ilə ticarətin bərpasını istəyir"

ABŞ Prezidenti Donald Tramp Ukraynada münaqişənin başa çatdırılmasına və Rusiya ilə ticarət əlaqələrinin bərpasına çalışır.

APA xəbər verir ki, bunu ABŞ-ın vitse-prezidenti Cey Di Vens Şimali Karolina ştatında keçirilən tədbirdə çıxışı zamanı bildirib.

Onun sözlərinə görə, ABŞ-da Rusiya və Ukrayna ilə bağlı xarici siyasətin necə qurulacağı mövzusunda çoxsaylı müzakirələr aparılır.

“Prezident Tramp bu məsələ ilə bağlı mövqeyini açıq şəkildə ifadə edib. O, qan tökülməsinin dayandırılmasını istəyir. O, ticarət əlaqələrinin bərpasını istəyir”, – deyə Vens vurğulayıb.

Son xəbərlər
Bütün xəbərlər »