BƏƏ-dəki Dubay Beynəlxalq Maliyyə Mərkəzində tüstü görünür.
Bizimyol.info xəbər verir ki, siyasi şərhçi Mario Naufal bu barədə "X" sosial platforma hesabında məlumat verib.
"Dubay Beynəlxalq Maliyyə Mərkəzində (evimin düz yanında) partlayış baş verib", - deyə Naufal hadisə yerindən video əlavə edərək yazıb.
Əvvəllər əmirliyin mətbuat xidməti Dubayın mərkəzindəki binalardan birinin "uğurla vurulan obyektdən dağıntılar" düşməsi nəticəsində kiçik ziyan gördüyünü bildirmişdi. Xəsarət alan olmayıb.
Qadir, Bizimyol.info






