Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Trampın məsləhətçiləri İrandakı müharibədən “çıxış planı” hazırlamağı təklif ediblər?
Trampın məsləhətçiləri İrandakı müharibədən “çıxış planı” hazırlamağı təklif ediblər?

ABŞ prezidenti Donald Trampın bəzi müşavirləri son günlərdə neft qiymətlərinin artması və uzunmüddətli münaqişə qorxuları fonunda İranla müharibədən çıxmaq üçün "çıxış planı" hazırlamağı ona tövsiyə ediblər.

Bizimyol.info xəbər verir ki, bu barədə "The Wall Street Journal" qəzeti Ağ Evin yüksək vəzifəli mənbələrinə istinadən məlumat yayıb.

Nəşrin məlumatına görə, müşavirlər ABŞ ordusunun artıq bəyan etdiyi məqsədlərə çatdığını iddia etməsinə imkan verən bir strategiya təklif edirlər.

Eyni zamanda, bir neçə administrasiya rəsmisi qeyd edir ki, İran qonşu ölkələrə hücum etməyə davam etdiyi və İsrailin İran hədəflərinə zərbə endirməyə davam etmək istəyini nümayiş etdirdiyi müddətcə ABŞ-ın hərbi əməliyyatları dayandırması ehtimalı azdır.

Yüksək vəzifəli mənbələrdən biri bildirib ki, Tramp "qətiyyətli qələbə elan edənə qədər mübarizəni dayandırmayacaq".

Ağ Evin mətbuat katibi Kerolin Levitt xəbəri təkzib edərək bildirib ki, nəşrin materialında "çoxlu cəfəngiyat" var.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »