İran Xarici İşlər Nazirliyi ölkəyə qarşı davam edən hücumlar nəzərə alınmaqla atəşkəs rejiminin müzakirəsinin mənasız olduğunu bildirib.
Bizimyol.info xəbər verir ki, bu bardə XİN-in sözçüsü İsmayıl Bəqayi bildirib.
"Müdafiə və düşmənlərə qarşı sarsıdıcı cavab tədbirlərindən başqa bir şey haqqında danışmağın mənası yoxdur", - deyə o qeyd edib.
Bəqai həmçinin Tehranın müsəlman qonşularına qarşı müharibə aparmadığını, lakin qanuni müdafiədə "təcavüzkarların istifadə etdiyi hədəfləri" vurduğunu bir daha təkrarladı.
XİN sözçüsü qeyd edib ki, "Silahlı Qüvvələrin Baş Qərargahı açıq və rəsmi olaraq İran ərazisindən və ya silahlı qüvvələrimiz tərəfindən belə bir atışların həyata keçirilmədiyini" bildirib.
Bizimyol.info






