Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Putin Müctəba Xameneini İranın Ali Lideri seçilməsi münasibətilə təbrik edib
Putin Müctəba Xameneini İranın Ali Lideri seçilməsi münasibətilə təbrik edib

Rusiya Prezidenti Vladimir Putin Müctəba Xameneini İranın Ali Lideri seçilməsi münasibətilə təbrik edib.

Bizimyol.info xəbər verir ki, müraciət Kremlin saytında dərc edilib.

"Hörmətli cənab Hüseyni Xamenei, İran İslam Respublikasının Ali Lideri seçilməyiniz münasibətilə səmimi təbriklərimi qəbul edin", - deyə müraciətdə qeyd edilir.

Rusiya Prezidenti Xameneinin atasının işini davam etdirəcəyinə və "ağır sınaqlar" qarşısında İran xalqını birləşdirəcəyinə əminliyini ifadə edib.

Putin həmçinin Moskvanın Tehrana davamlı dəstəyini və həmrəyliyini vəd edib. Kreml qeyd edir ki, "Rusiya İslam Respublikasının etibarlı tərəfdaşı olub və olacaq".

Rusiya Prezidenti Müctəba Xameneiyə göndərdiyi mesajda bir daha İrana hücumu silahlı təcavüz aktı adlandırdı. "İndi İran silahlı təcavüzlə üzləşdiyi zaman, bu yüksək vəzifədəki fəaliyyətiniz şübhəsiz ki, böyük cəsarət və fədakarlıq tələb edəcək", - deyə bəyanatda bildirilir.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »