Azərbaycan və İran arasında bütün növ nəqliyyat vasitələri üçün yüklərin daşınması bərpa olunub.
Bizimyol.info xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Nazirlər Kabinetindən məlumat verilib.
"Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında dövlət sərhədindən bütün növ nəqliyyat vasitələri üçün yüklərin daşınması məqsədilə giriş-çıxış (o cümlədən tranzit məqsədilə giriş-çıxış) 2026-cı il 9 mart saat 10:00-dan etibarən bərpa olunub", - deyə Nazirlər Kabinetinin mətbuat xidməti tərəfindən verilən məlumatda qeyd edilib.






