İranın paytaxtı Tehranda bazar ertəsi səhər saatlarında bir neçə güclü partlayış qeydə alınıb.
Bizimyol.info xəbər verir ki, bu barədə CNN telekanalı məlumat yayıb.
Telekanalın verdiyi məlumata görə, eşidilən səslər aviazərbələri xatırladıb. Partlayışlar günəş doğduqdan az sonra baş verib.
Məlumata görə, partlayışlar Tehranın cənub-qərb hissəsində qeydə alınıb. Hadisənin səbəbləri ilə bağlı hələlik rəsmi açıqlama verilməyib.
Bizimyol.info






