İran parlamentinin spikeri Məhəmməd Baqer Qalibaf bildirib ki, Yaxın Şərqdə sülh yalnız ABŞ-ın bölgədəki hərbi bazaları aradan qalxdıqda mümkün olacaq.
Bizimyol.info xəbər verir ki, o, "X" platformasındakı səhifəsində yazıb.
“ABŞ bazaları Yaxın Şərqdə mövcud olduğu müddətcə ölkələrdə sülh olmayacaq. Dövlət xadimləri və İran xalqı bu prinsipdə birləşib,” – deyə qeyd edib.
28 fevral tarixində ABŞ və İsrail İran əleyhinə hərbi əməliyyata başlayıb. Əməliyyat zamanı Tehran da daxil olmaqla, İranın iri şəhərləri raket zərbələrinə məruz qalıb. Ağ Ev əməliyyatı İranın raket və nüvə təhlükəsi ilə əsaslandırıb. İslam İnqilabı Keşikçiləri Korpusu İsraildəki obyektlərə genişmiqyaslı əks-hücum həyata keçirib. Zərbələr ABŞ obyektlərinə də Bəhreyn, İordaniya, Qətər, Küveyt, BƏƏ və Səudiyyə Ərəbistanında dəyib. Nəticədə, İrana edilən zərbələr zamanı ali lider ayətullah Əli Xamenei və İslam Respublikasının rəhbərliyindəki digər bir neçə yüksək vəzifəli şəxs həyatını itirib.
Bizimyol.info






