Türkitə Prezidenti Rəcəb Tayyib Ərdoğan Britaniya Baş naziri Keyr Starmer ilə telefon danışığı aparıb.
Bizimyol.info xəbər verir ki, Prezident Administrasiyasının sosial media hesabından verilən açıqlamaya görə, liderlər Türkiyə ilə Böyük Britaniya arasında ikitərəfli münasibətləri, bölgədəki münaqişə prosesini və regional və qlobal məsələləri müzakirə ediblər.
Prezident Ərdoğan Türkiyənin Böyük Britaniya ilə bütün sahələrdə, xüsusən də müdafiə sənayesində əməkdaşlığı inkişaf etdirmək üçün güclü iradəyə malik olduğunu və bunun daha da inkişaf etdirilməsi üçün addımlar atmağa davam edəcəklərini bildirib.
Ərdoğan Türkiyənin İrana hücumlarla başlayan prosesi izlədiyini, müdaxilələrin uzadılmasının regional və qlobal sabitliyə böyük zərər verə biləcəyini, dialoq üçün zəmin yaratmaq üçün hələ də edilə biləcək şeylərin olduğunu və sülhə yönəlmiş səylərin davam etdiyini bildirib.
Bizimyol.info






