İran silahlı qüvvələri bütün xəbərdarlıqları qulaqardına vuraraq Hörmüz boğazında daha bir neft tankerinə zərbə endirib.
Bizimyol.info xəbər verir ki, bu barədə İran Silahlı Qüvvələrinin elit bölməsi olan İslam İnqilabı Keşikçiləri Korpusunun (İİKK) mətbuat xidməti məlumat verib.
"Bu səhər "PRIMA" adlı neft tankeri İİKK dəniz qüvvələrinin Hörmüz boğazının bağlanması və Hörmüz boğazının təhlükəli statusu ilə bağlı dəfələrlə verdiyi xəbərdarlıqlara məhəl qoymayıb və pilotsuz təyyarənin zərbəsinə məruz qalıb", - deyə İİKK-nın bəyanatında deyilir.
Bizimyol.info






