Rusiya İrana Yaxın Şərqdəki ABŞ hərbi obyektlərinin mövqeləri barədə məlumatlar verir.
Bizimyol.info xəbər verir ki, bu barədə “The Washington Post” nəşri ABŞ rəsmilərinə istinadla yaydığı məlumatda qeyd edilir.
Mənbələrin bildirdiyinə görə, ABŞ və İsrailin İrana ilk zərbələrini vurduğu 28 fevral şənbə günündən etibarən Rusiya İrana bir sıra ABŞ hərbi obyektlərinin, o cümlədən gəmilər və təyyarələrin mövqeləri barədə məlumatlar ötürüb. Məlumatların dəqiqliyi hələ tam müəyyən olmasa da, bir mənbə Moskvanın “xeyli genişmiqyaslı səylər göstərdiyini” bildirir.
Rusiya və İran arasında sıx əlaqələr mövcuddur; 2025-ci ilin yanvar ayında iki ölkə hərbi və müdafiə əməkdaşlığını gücləndirməyi hədəfləyən strateji tərəfdaşlıq sazişi imzalayıb. ABŞ müdafiə naziri Pit Hegset bu həftənin əvvəlində qeyd edib ki, Rusiya “əslində İrandakı döyüş əməliyyatlarında əhəmiyyətli rol oynamayıb”.
Qadir, Bizimyol.info






