Türkiyə Xarici İşlər Nazirliyi Azərbaycanın muxtar respublikası olan Naxçıvana hücumla bağlı bəyanat yaydı.
Bizimyol.info xəbər verir ki, bu barədə nazirliyin mətbuat xidməti məlumat verib.
"Bu gün (5 mart) Naxçıvan Muxtar Respublikasına edilən pilotsuz təyyarə hücumlarını şiddətlə qınayırıq. Bir daha vurğulayırıq ki, bölgədəki üçüncü ölkələri hədəf alan və müharibənin yayılması riskini artıran hücumlar dərhal dayandırılmalıdır. Türkiyə həmişə olduğu kimi, Azərbaycanın yanında olmağa davam edəcək", - deyə bəyanatda qeyd edilib.
Bizimyol.info






