Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
ABŞ sualtı qayığı İranın hərbi gəmisini batırıb: onlarla dənizçi həlak olub
ABŞ sualtı qayığı İranın hərbi gəmisini batırıb: onlarla dənizçi həlak olub

ABŞ sualtı qayığından atılan torpedo nəticəsində İran Hərbi Dəniz Qüvvələrinə məxsus "IRIS Dena" freqatı Sri Lankanın cənub sahilləri yaxınlığında batırılıb. Hadisə nəticəsində ən azı 87 iranlı dənizçi həlak olub.

Bizimyol.info xəbər verir ki, verilən məlumata görə, gəmi Benqal körfəzi akvatoriyasında Hindistan tərəfindən təşkil edilən dəniz təlimlərindən qayıdarkən beynəlxalq sularda hücuma məruz qalıb. ABŞ müdafiə naziri Pete Hegset hücumu təsdiqləyərək bildirib ki, freqat ABŞ sualtı qayığından buraxılan "Mark 48 torpedo" ilə vurulub.

Şri-Lanka rəsmilərinin sözlərinə görə, gəmidə təxminən 180 nəfər ekipaj üzvü olub. Xilasedicilər 32 nəfəri xilas edib, 87 nəfərin meyiti isə sudan çıxarılıb. Hadisə Galle şəhərindən təxminən 44 dəniz mili məsafədə baş verib.

İnsident ABŞ və İsrailin İrana qarşı davam edən hərbi əməliyyatları fonunda baş verib. Ekspertlər isə hücumun beynəlxalq hüquqa uyğun olub-olmaması ilə bağlı suallar qaldırırlar.

Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »