İranın "Moudge" sinifinə aid, 180 üzvü olan hərbi gəminin, İran sərhədindən təxminən 2.750 km uzaqlıqda vurulub. Sri Lanka, 32 denizçinin "ağır yaralı" olaraq xilas edildiyini və axtarış-xilas əməliyyatlarının davam etdiyini açıqlayıb.
Bizimyol.info xəbər verir ki, verilən məlumata görə, hadisə zamanı savaş gəmisi gün doğmadan əvvəl kömək çağırışı edib. Sri Lanka xarici işlər naziri Vijitha Herat, İranın "IRIS Dena" adlı gəmisinin adanın sahil sularının yaxınlığında vurulduğunu, 32 ağır yaralı denizçinin xilas edildiyini bildirib.
Herat parlamentdə verdiyi açıqlamada, yaralıların Galle şəhərindəki xəstəxanaya aparıldığını qeyd edib. Xəstəxanaya transfer zamanı bölgədə təhlükəsizlik tədbirləri gücləndirilib.
Sri Lanka Müdafiə Nazirliyi, gəminin adanın cənubunda, təxminən 40 km uzaqlıqda vurulmasından sonra digər heyət üzvlərinin axtarışının davam etdiyini bildirib.
AFP-yə açıqlama verən bir rəsmi: "Axtarış davam edir, amma heyətin qalan üzvləri ilə bağlı hələ bir məlumatımız yoxdur", - deyərək ümidlərin azalmaqda olduğunu vurğulayıb.
Bizimyol.info






