Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Rutte: "NATO-nun İrana qarşı hərbi əməliyyatında iştirak etmək planı yoxdur"
Rutte: "NATO-nun İrana qarşı hərbi əməliyyatında iştirak etmək planı yoxdur"

NATO-nun baş katibi Mark Rutte təşkilatın ABŞ və İsrailin İrana qarşı hərbi əməliyyatında iştirak etmək planı olmadığını deyib.

APA xəbər verir ki, Rutte bu barədə ARD telekanalına müsahibəsi zamanı danışıb.

"NATO-nun bu münaqişəyə qarışmaq və ya tərəf olmaq kimi bir planı yoxdur. NATO-dakı müttəfiqlər amerikalıların İsraillə birgə əməliyyatlarında onları dəstəkləmək üçün əllərindən gələni edirlər", - Rutte deyib.

Son xəbərlər
Bütün xəbərlər »