Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Od çərşənbəsində tonqal qalayıb üzərindən atlamaqla keçən ildən üzərimizdə qalan ağırlıqları atırıq - Video
Od çərşənbəsində tonqal qalayıb üzərindən atlamaqla keçən ildən üzərimizdə qalan ağırlıqları atırıq - Video

Əvvəllər bayramların adı ilə yanaşı, dadı da var idi. Böyüklü kiçikli hamı sevinərdi ki, “bayram yaxınlaşır”. Novruz öncəsi evlər təmizlənər, hamı bayrama hazırlaşardı. Analar bayram üçün şirniyyat bişirər, səməni cücərdərdi. Süfrələrimiz dolu olardı. Novruza qədər olan 4 çərşənbə də bizim üçün bayram dadında idi...

İllər keçdikdə, ya biz böyüdük, ya da bayramlar dadını itirdi. O qədər çətinliklərə düşdük ki, bayramlar bizim üçün adiləşdi, adi günə çevrildi.

Bu gün Od çərşənbəsidir. Adətən bu çərşənbədə tonqal qalayıb üzərindən atlamaqla keçən ildən üzərimizdə qalan ağırlıqları atırıq. Od təkcə yandırmır, həm də gücü ifadə edir.

Dilimizdə odla bağlı bir çox ifadələr var. Məsələn; kiməsə od qoymaq, kiminsə evinə od salmaq, oda tutmaq, od ələmək, oda düşmək, ağzından od saçmaq, gözündən od tökülmək, od püskürmək, alovlanmaq kimi ifadələr var.

Deyirik ki, onun ürəyinə od düşüb", bu ifadə kiməsə qəfil vurulmaq, yəni eşqə düşmək deməkdir. Və yaxud “filankəsə od vurdum” demək onu hansısa davrnaışla,sözlə yandırmaq deməkdir.

Od çərşənbəsində tonqalın üzərindən atlayan insan, əslində təkcə alovdan keçmir, həm də bu deyimlərdə yaşayan hisslərdən keçir.

İradə Cəlil, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »