Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Yaxın Şərqdə gərginlik pik həddə: Hizbullah hücumundan sonra Beyrut bombalandı
Yaxın Şərqdə gərginlik pik həddə: Hizbullah hücumundan sonra Beyrut bombalandı

İsrail Hərbi Hava Qüvvələri Livanın paytaxtı Beyruta hava zərbələri endirib. Hücum “Hizbullah”ın İsrailin şimalında, Hayfa yaxınlığındakı hərbi bazaya raket və pilotsuz uçuş aparatları ilə zərbə endirdiyini açıqlamasından sonra baş verib.

Bizimyol.info xəbər verir ki, İrana yaxınlığı ilə tanınan “Hizbullah” bəyan edib ki, əməliyyat İranın Ali dini lideri Ayətullah Əli Xameneinin öldürülməsinə cavab olaraq həyata keçirilib. Qruplaşma hücumu “Livan və xalqının müdafiəsi” və “İsrailin davamlı təcavüzlərinə cavab” kimi təqdim edib.

İsrail ordusu isə Beyrutun cənubunda “Hizbullah”a məxsus hədəflərin vurulduğunu açıqlayıb. Rəsmi məlumatda təşkilatın yüksək rütbəli üzvlərinin və Livanın cənubundakı “əsas fiqur”un hədəfə alındığı bildirilsə də, təfərrüatlar açıqlanmayıb.

Yerli mənbələrin məlumatına görə, zərbələr Livanın cənubundakı bir sıra kəndləri və Bəkaa vadisini də əhatə edib. İsrail tərəfi 50-dən çox yaşayış məntəqəsinin sakinlərini evlərini tərk etməyə çağırıb.

Hadisələr regionda onsuz da yüksək olan gərginliyi daha da artırıb. ABŞ və İsrail ilə İran və onun müttəfiqləri arasında qarşıdurmanın genişmiqyaslı regional müharibəyə çevrilə biləcəyi ilə bağlı narahatlıqlar artır.

Livanın baş naziri Navaf Salam “Hizbullah”ın hücumunu məsuliyyətsiz addım adlandıraraq ölkənin yeni müharibəyə sürüklənməsinə imkan verməyəcəklərini bildirib.

Qeyd edək ki, tərəflər arasında 2024-cü ilin noyabrında əldə olunmuş atəşkəs razılaşmasına baxmayaraq, son aylarda qarşılıqlı zərbələr demək olar ki, gündəlik xarakter alıb. Regionda vəziyyətin daha da gərginləşəcəyi istisna edilmir.

Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »