Zəlzələlərin tədqiqatı bürosunun məlumatına əsasən, bu gün gecə Pirqulu stansiyasından 27 km cənub-qərbdə Şamaxı-Ağsu sərhəddində zəlzələ qeydə alınıb.
Bizimyol.info xəbər verir ki, bu barədə Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi məlumat verib.
Saat 22:36-da qeydə alınan zəlzələ yerin 7 km dərinliyində baş verib.
Zəlzələ ocağının maqnitudası 3,6 olub, episentrdə və episentrə yaxın yaşayış məntəqələrində 3 bala qədər hiss olunub.






