İsrailin baş naziri Binyamin Netanyahu İran vətəndaşlarına müraciət edərək İslam Respublikasındakı hakimiyyəti devirməyə çağırıb.
Bizimyol.info xəbər verir ki, o, bu bəyanatı səhər saatlarında başlayan İsrail və ABŞ-ın İrana qarşı birgə hərbi əməliyyatı ilə bağlı televiziya müraciəti zamanı səsləndirib.
“Yaxın günlərdə İran xalqına azadlıq qazanmaq imkanı yaratmaq üçün əlimizdən gələni edəcəyik. Buna görə də yenidən İran xalqına səslənirəm və deyirəm: Əl-qolunuzu yanınıza salıb oturmayın. Çox yaxında elə bir an gələcək ki, bu işi başa çatdırmaq və totalitar rejimi devirmək üçün küçələrə çıxmalı olacaqsınız”, – deyə Netanyahu ivrit dilində yazılmış və İsrail televiziyası ilə yayımlanan müraciətində bildirib.
Qadir, Bizimyol.info






