Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Türkiyə İrana qarşı hücumlara dəstək verməyib – Rəsmi açıqlama
Türkiyə İrana qarşı hücumlara dəstək verməyib – Rəsmi açıqlama

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Administrasiyasının Kommunikasiyalar İdarəsi respublikanın guya İrana qarşı hücumlara dəstək verməsi və ərazisinin üçüncü tərəflərin münaqişədə istifadə oluna biləcəyi barədə iddiaları təkzib edib.

Bizimyol.info xəbər verir ki, bəyanatda bildirilir ki, bəzi sosial şəbəkələrdə yayılan Türkiyənin son hücumlarda İrana dəstək göstərməsi ilə bağlı iddialar tamamilə əsassızdır və ictimaiyyəti çaşdırmağa yönəlmiş dezinformasiyadır.

Qeyd olunub ki, Türkiyə Respublikası iştirakçısı olmadığı hər hansı münaqişə və ya müharibədə tərəflərin xeyrinə öz hava məkanının, quru və dəniz ərazilərinin, eləcə də digər elementlərinin əməliyyat məqsədilə istifadəsinə imkan verməyəcək. Bu mövqe ölkənin xarici siyasət və təhlükəsizlik strategiyasının əsas prinsiplərindən biridir.

Açıqlamada həmçinin vurğulanır ki, Türkiyənin hava məkanı, quru və dəniz üzərində suveren hüquqları tam və mübahisəsizdir. Suveren ərazilərlə bağlı bütün fəaliyyətlər yalnız Türkiyənin milli təhlükəsizlik orqanlarının qiymətləndirmələri əsasında həyata keçirilir.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »