Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Şəxslərə verilən hədiyyələr, həmçinin vərəsəlik qaydasında keçən daşınar və ya daşınmaz əmlaklar bölünə bilməz"
"Şəxslərə verilən hədiyyələr, həmçinin vərəsəlik qaydasında keçən daşınar və ya daşınmaz əmlaklar bölünə bilməz"

Bu günlərdə sosial şəbəkələrdə maraqlı bir müzakirə qarşıma çıxdı. Bir xanım soruşurdu ki, boşanma zamanı niyə çox zaman kişinin qazandığı əmlak bölünür. Nikah müddətində qadın da mülk əldə edir. Qızılları olur və bu qızıllar rəsmən kiminsə adına olmadığı üçün çox zaman qadında qalır.

Hüquqşünas Ramil Süleymanov Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, nikahın pozulması zamanı tərəflər arasında müəyyən olunan məsələlərdən biri də şəxslərin birgə nikah dövründə əldə etdikləri əmlakın bölünməsi ilə bağlıdır. Hüquqşünas qeyd edib ki, birgə nikah dövründə əldə olunmuş əmlak tərəflərin ailəli olduğu müddət ərzində onların gəlirləri ilə əldə etdikləri əmlak hesab olunur.

Ramil Süleymanov / Foto: Bizimyol.info Ramil Süleymanov / Foto: Bizimyol.info

“Şəxslərə verilən hədiyyələr, o cümlədən vərəsəlik qaydasında keçən daşınar və ya daşınmaz əmlaklar heç bir halda bölünmənin predmeti deyil. Əmlak bölünən zaman tərəflər arasında mütləq şəkildə ikidə bir pay olmaqla bölünür. Əgər ailə sırf investisiya məqsədilə qızıl əmlakları almışlarsa və bu da özlərinin gələcəyi üçün hesablanmış bir əmlakdırsa, bölgü predmetidir. Əgər bu qızıl əmlakı tərəflərin, yəni ər və arvadın bir-birinə hədiyyə formasında verilibsə və yaxud digər insanların onlara verdiyi hədiyyədirsə, bölünmə predmeti deyil. Avtomobillər, ümumiyyətlə daşınmaz əmlaklar etibarnamə ilə verilibsə, bu da bölünmə predmeti deyil. Bu zaman tərəflər sübut etməlidir ki, gerçək alqı-satqı əməliyyatları əslində gizlədilib”-deyə hüquqşünas bildirib.

İradə Cəlil, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »