Azərbaycan Prezidenti Xocalı soyqırımı memorialının açılış mərasimində bildirib ki, işğal dövründə ölkəyə müxtəlif təzyiq və təhdidlər göstərilib, Azərbaycanın torpaqlarını azad edə bilməyəcəyi barədə siqnallar verilib. Prezident vurğulayıb ki, bu cür şayiələr həm informasiya məkanında yayılıb, həm də müxtəlif kanallarla rəhbərliyə çatdırılıb, lakin Azərbaycanın iradəsinə təsir edə bilməyib. Prezident qeyd edib ki, danışıqlar nəticə verməsə, ərazi bütövlüyünün hərbi yolla bərpa ediləcəyi bəyan edilmişdi və nəticədə bu məqsədə nail olunub.
Milli Məclisin deputatı Tahir Rzayev Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, düşmən üzərində tarixi qələbə, çox böyük siyasi gedişlər, düşüncələr, həm də təzyiqlər qarşısında əldə edilib: “Biz dəfələrlə şahidi olmuşduq ki, istər Avropa Şurası tərəfindən, istər Avropa İttifaqı isə Rusiya tərəfindən xarici bəzi ölkələr tərəfindən səsləndirilirdi ki, Azərbaycan torpaqlarının işğaldan azad olunması çətin problemdir, müəyyən ərazilər ermənilərdə qalmalıdır və mütləq Azərbaycan real vəziyyətlə barışmalıdır. Bu təzyiqlərin nəticəsi idi ki, uzun illər torpaqlarımız işğal altında qaldı, ancaq ölkə rəhbəri cənab Prezident, çox ciddi tədbirlər, düşünülmüş siyasi gedişlər nəticəsində vəziyyətdən çıxmağın yolunu tapdı və dəfələrlə qeyd etdi ki, biz hərb yolunu seçmək istəmirik. Biz sülh istəyirik, qan axıtmaq tərəfdarı deyilik və sülh yolu ilə müharibənin qurtarması barədə bəyanatlarını səsləndirdi. Bu həm də qüvvənin toplanması ordunun güclənməsi üçün vacib idi. Bu illər ərzində Azərbaycan ordusu gücləndi, Azərbaycan xalqında döyüşə ruh yaradıldı, birlik təmin olundu, iqtisadi yüksəliş təmin edildi və bundan sonra Azərbaycan prezidenti döyüş əmrini, hərb yolunu seçdi.
Sözsüz, həmin dövrdə də təzyiqlər yenə çox güclü idi. Avropa Şurası bir neçə qətnamə qəbul etdi. Fransa tamamilə ermənipərəst mövqeyini ortaya qoydu. Hətta BMT Təhlükəsizlik Şurasında iki dəfə bu barədə müzakirələrin keçirilməsi təşəbbüsü irəli sürüldü və çox yaxşı ki, bu alınmadı və Azərbaycanda müharibəni dayandırmaq tələb olunurdu. İnformasiya məkanında da Azərbaycana qarşı çox ciddi təhdidlər təsirlər mövcud idi. Ancaq Azərbaycan prezidenti 44 günlük müharibə ərzində bütün informasiya məkanına demək olar ki, dağıtdı. Özünün çıxışları ilə bəyanatları ilə real faktları ortaya qoymaqla mövcud vəziyyəti, mövcud vəziyyəti real şəkildə göstərməklə dünyaya bəyan etdi ki, Azərbaycan öz torpaqları uğrunda mübarizə aparır və heç zaman bu mübarizədən geri dönməyəcək. Danışıqlar yolu ilə həmin dövrdə də torpaqların azad edilməsi məsələsi ortaya qoyuldu. Ancaq erməni faşistləri buna razı olmadılar”.
Tahir Rzayev“44 günlük müharibədə torpaqlarımızın əksər hissəsi düşməndən azad olundu. Ancaq müəyyən hissə yenə də erməni təcavüzkarlarının əlində idi. Bunlar yenidən sülhə gəlmək fikrində deyildilər və 23 saatlıq lokal antiterror tədbirlər nəticəsində ermənilərin ayaqları tamamilə təcavüzkarların, ayaqları tamamilə həmin torpaqlarda kəsildi.
O vaxt çox güclü təsirlər var idi. Ölkə rəhbərinə, eləcə də Azərbaycana qarşı çox ciddi qərəzli bəyanatlar verilirdi. Hətta qətnamələr qəbul olunurdu. Beynəlxalq təşkilatlar tərəfindən xarici ölkələr tərəfindən və bu təsirlər, təqiblər, bu saxta qətnamələr qarşısında ölkə rəhbəri bir anda geri çəkilmədi, öz sözünü dedi və tam qələbəyə nail olan tək mübarizənin aparılmasının vacibliyini qeyd etdi. Əlbəttə ki, bu vacib və lazım idi. Azərbaycanın tam suverenliyi üçün, sərhədlərinin qorunması üçün çox vacib idi. Azərbaycanın dünyadakı imicinin artırılması, mübarizəmizin qalibiyyətimizin vacib olduğunu dünyaya çatdırmaq üçün çox vacib idi. Çox şükürlər olsun ki, dövlətimizin rəhbərinin cənab İlham Əliyevin böyük siyasəti, ordumuzun məharəti, gücü, xalqımızın birliyi nəticəsində biz bunu əldə etdik”-deyə Tahir Rzayev qeyd edib.
“Bu gün qürurluyuq ki, artıq həmin torpaqlarda möhtəşəm işlər görülür. Həmin torpaqlarda şəhərlər, kəndlər salınır, yollar çəkilir, körpülər tikilir və insanlar öz yurd yuvalarına qayıdırlar. Orada artıq həyat öz axarına düşüb, əkilir, biçilir, becərilir və insanlar bu gün xoşbəxtdirlər. Dünyaya bir daha göstərdik ki, Azərbaycan xalqı qəhrəman xalq, müdrik xalqdır. Azərbaycan xalqının çox qətiyyətli, iradəli, uzaqgörən bir rəhbəri var. Azərbaycan xalqının birliyi var. Azərbaycan xalqının bu gün dünyada beynəlxalq təşkilatlarda səsi eşidilir”-deyən Tahir Rzayev bildirib ki, Azərbaycan prezidentinin son səfərləri - Serbiya, Almaniya, ABŞ - bir daha göstərdi ki, artıq Azərbaycanın haqq ədalət mübarizəsi dəstəklənir və Azərbaycanın inkişafına yüksək qiymət verilir, bu da xalqımız üçün qürurvericidir, Azərbaycan heç bir təsirlərə və təzyiqlərə bundan sonra məruz qalası deyil.
“Cənab prezident dünən Xocalı soyqırımı memorialının açılışında belə bir ifadə işlətdi ki, “hər zaman güclü olmalıyıq və olacağıq ki, belə faciələr bir daha təkrarlanmasın”. Bu real mövcud vəziyyəti əks etdirmək baxımından çox müdrik bir fikirdir. Biz güclü olmalıyıq və heç zaman bu təkrar olunmamalıdır. Prezidentimiz cənab İlham Əliyev buna yol verməz və Azərbaycan xalqı öz prezidentinin ətrafındadırsa, heç vaxt belə hadisələr bir daha təkrar olunmayacaq”-deyə Tahir Rzayev qeyd edib.
İradə Cəlil, Bizimyol.info






