Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Böyük Britaniya Rusiya əleyhinə sanksiyalar siyahısını 297 adda genişləndirib
Böyük Britaniya Rusiya əleyhinə sanksiyalar siyahısını 297 adda genişləndirib

Böyük Britaniya hökuməti Rusiya əleyhinə sanksiyalar siyahısını daha 297 adda genişləndirib.

Bizimyol.info xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin bəyanatında bildirilir.

Ümumilikdə, Rusiya qarşı tətbiq edilən beynəlxalq sanksiyalar çərçivəsində 3 minə yaxın fiziki şəxs, şirkət və gəmi üzərində məhdudiyyətlər qoyulub. Qara siyahıya düşən şirkətlərin Böyük Britaniyada bütün aktivləri dondurulub və onlarla fəaliyyət aparmaq qadağan edilib. Fiziki şəxslərə isə aktivlərinin dondurulmasından əlavə, ölkəyə girişi qadağan edilib. Britaniya hökumətinin açıqlamasına görə, bu beynəlxalq sanksiyalar bir neçə il ərzində Rusiyanın iqtisadiyyatından 450 milyard ABŞ dolları məbləğində vəsaitin çıxarılmasına səbəb olub.

Böyük Britaniyanın Rusiya əleyhinə tətbiq etdiyi sanksiyalar siyahısına 240 hüquqi şəxs, 7 fiziki şəxs və 50 gəmi daxil edilib. Böyük Britaniyanın Xarici İşlər Nazirliyi bu sanksiya paketinin xüsusi olaraq Ukraynaya qarşı başladılan müharibənin ilk aylarından bəri qəbul edilmiş ən böyük paket olduğunu vurğulayıb.

Yeni sanksiyalarla "Avers Bank", "Toçka Bank", "Poçta Bank", "Fora Bank", "Ak Bars", "Lanta Bank", "Sinara Bank", "Absolut Bank", "Transkapitalbank" kimi Rusiya bankları, həmçinin "Rosatom" və "Rusatom Overseas" şirkətləri də təzyiqə məruz qalıb. Həmçinin, "Transneft", "Gazprom LNG Port" və "Novatek" şirkətlərinə də sanksiya tətbiq edilib. Birləşmiş Ərəb Əmirliklərindən 142, Çin Xalq Respublikasından 39, Taylanddan 3 və Hindistandan 2 şirkət də yeni məhdudiyyətlərə daxil olub.

Fevralın 23-də Avropa İttifaqı xarici işlər nazirləri Rusiya əleyhinə 20-ci sanksiya paketinin qəbulunda razılığa gələ bilməyib. Aİ-nin xarici işlər xidmətinin rəhbəri Kaja Kallas bu barədə açıqlama verib. Bununla belə, Aİ, Rusiyanın Brüsseldəki missiyasının sayını azaldıb. Bu qərar, həmçinin Ukraynaya 90 milyard avroluq kreditin ayrılmasına dair razılığa gəlməməkdən irəli gəlib.

Bu, müharibə başlanğıcından sonra Brüsselin yeni sanksiya paketi barədə qərar qəbul edə bilmədiyi ilk haldır. Həmçinin, Macarıstan və Slovakiya bu qərarı bloklayıb və onların razılığı Ukrayna ilə neft tranziti məsələsinin həllinə bağlanıb.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »