Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Pentaqon, Elon Muskın "xAI" chatbotunun gizli sistemlərdə istifadəsinə icazə verib
Pentaqon, Elon Muskın "xAI" chatbotunun gizli sistemlərdə istifadəsinə icazə verib

Pentaqon, ABŞ-ın hərbi qüvvələrinə "xAI" şirkəti tərəfindən hazırlanan süni intellekt chatbotu "Grok"un öz gizli sistemlərində istifadəsinə icazə verib.

Bizimyol.info xəbər verir ki, bu barədə "Axios" xəbər portalı bazar ertəsi məlumat yayıb.

Mənbənin sözlərinə görə, ABŞ-ın Müdafiə Nazirliyi və "xAI" hərbçilərə "Grok"u gizli sistemlərdə tətbiq etməyə imkan verən müqavilə imzalayıblar. Bu sistemlər, kəşfiyyat məlumatları, silahların inkişafı və hərbi əməliyyatlarla əlaqəlidir. Portalın bildirdiyinə görə, indiyə qədər Pentaqon bu sistemlərdə yalnız ABŞ-ın "Anthropic" şirkəti tərəfindən hazırlanmış "Claude" adlı süni intellekt modelinin istifadəsinə icazə verirdi.

Hazırda ABŞ Müdafiə Nazirliyi, "Anthropic" ilə əməkdaşlığı dayandırmağı düşünür, çünki şirkət, "Claude"un hərbi məqsədlərlə istifadəsini məhdudlaşdırmağa israr edir. Pentaqon, əməkdaşlıq etdiyi süni intellekt sahəsindəki şirkətlərdən, onların inkişaf etdirdiyi texnologiyaların "bütün qanuni məqsədlər" üçün istifadə edilə biləcəyini tələb edir. Buna hərbi əməliyyatlar və kəşfiyyat məlumatlarının toplanması daxildir. "xAI" bu şərtlərlə razıdır, lakin "Anthropic" razılaşmır. "Anthropic", öz sistemlərinin "amerikalılara qarşı kütləvi nəzarət" və "tamamilə avtonom silahların işləməsi" üçün istifadə edilməməsini tələb edir.

Portal qeyd edir ki, hələlik tam aydınlıq yoxdur, "xAI" Pentaqon üçün "Anthropic"i tam əvəz edə biləcəkmi. Hərbi nazır Pit Hegsetin 24 fevralda "Anthropic" rəhbərliyi ilə görüşəcəyini və "əsasən ultimatum verəcəyini", həmin məhdudiyyətləri aradan qaldırılmasını tələb edəcəyini gözləyirlər.

13 fevralda "The Wall Street Journal" qəzetinin mənbələrə istinadən verdiyi məlumata görə, Pentaqon, Venesuelanın prezidenti Nikolaz Maduronu tutmaq üçün keçirilən əməliyyatda "Claude"dan istifadə edib, baxmayaraq ki, "Anthropic" bu texnologiyanın zorakılığa yardım məqsədilə istifadəsini qadağan edir.

Elon Musk, 2025-ci ildə ABŞ hökumətinin fəaliyyətinin effektivliyini artırmaq məqsədilə bir neçə ay müddətində nazirliklə işləyib. O, planetin ən zəngin insanıdır və "Bloomberg"in son qiymətləndirmələrinə görə, onun sərvəti 664 milyard dolları keçir.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »