Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Amerika Birləşmiş Ştatları İsraili bir şəkildə dayandırıb və Türkiyənin Suriyada istədiyini əldə etməsinə imkan yaradıb"
"Amerika Birləşmiş Ştatları İsraili bir şəkildə dayandırıb və Türkiyənin Suriyada istədiyini əldə etməsinə imkan yaradıb"

İsrailin keçmiş baş naziri Naftali Bennet Qüdsdə çıxış edərək Türkiyəni və Prezident Rəcəb Tayyib Ərdoğanı hədəfə alaraq Türkiyənin İsraili mühasirəyə almaq niyyətində olduğunu iddia etdi. Bennet Türkiyə və Qətərin Suriya və Qəzzada təsir gücünü artırdığını, yeni bir mühasirə dairəsi yaratmağa çalışdığını bildirdi. O, həmçinin Ərdoğanı mürəkkəb və təhlükəli adlandıraraq Türkiyənin Səudiyyə Ərəbistanı və Pakistanla düşmən sünni oxu qurmağa çalışdığını irəli sürdü.

Türkiyəli politoloq Hüsamettin İnaç Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, İsrail, xüsusən də 7 oktyabr 2023-cü ildən bəri, son dərəcə aqressiv, qəddar və soyqırım, imperialist, ekspansionist siyasət yürüdür:  “Dünyanın, xüsusən də Yaxın Şərqin təhlükəsizliyinə ciddi təhlükə yaradır. O, insanlığa qarşı cinayətlər törədir və bəşər tarixində görünməmiş vəhşilik səviyyəsini tətbiq edir ki, bu da nasistlərlə rəqabət aparmaq deməkdir. İsrail təkcə Qəzzanı dağıtmır; həm də Qərb Şəriyəsinə, Livana, İraqa, İordaniyaya, Suriyaya və Yəmənə hücum edir, bəşəriyyətə qarşı fəlakətlər törətmək niyyətində olan qatil, soyqırım xarakteri nümayiş etdirir. Buna görə də, bu mənada Türkiyə, insanlığa qarşı cinayətlər törədən bu qatil, soyqırım, ekspansionist və terrorçu İsrail dövlətinə qarşı ən sərt şəkildə çıxış edən yeganə ölkədir. Çünki Türkiyə, həqiqətən də, bəşəriyyətə qarşı bu qədər cinayət törədən və bəşəriyyəti məhv etməyə çalışan bu terrorçu qurumun qarşısını almaq üçün səy göstərir. Xüsusən də indiyə qədər İsrail dövləti İran oxundan qidalanıb, yəni oradakı molla rejimi İsrailin varlığını və mövcudluğunu ciddi şəkildə dəstəkləyib. Şiə Hilalı vasitəsilə İsrailin hərəkətlərinə verdiyi dəstək təhlükə yaradıb. Bu, xüsusilə Yaxın Şərqdəki Körfəz ölkələrini ciddi şəkildə təhdid etdiyi üçün Amerika və İsrail Yaxın Şərqdə bir varlıq formalaşdırıb. Bu varlıq əslində onların İran vasitəsilə güclənməsinə və ya qanuniləşdirilməsinə gətirib çıxarıb. Buna görə də, Türkiyə, Səudiyyə Ərəbistanı və Pakistanla birlikdə İsraili həqiqətən mühasirəyə alacaq və nəfəs almasına mane olacaq bir siyasət yürütməkədir.

Suriyada İsrail tək qalıb və Türkiyə müharibə apara biləcəyi bir atmosfer yaradıb. Lakin burada Amerika ehtiyatlı davranaraq, İsraili susdurub və geri çəkilməyə məcbur edib. Çünki İsrail Amerikanın dəstəyi olmadan addım ata bilməyən bir dövlətdir. Buna görə də, Amerika İsraili bir şəkildə dayandırıb və Türkiyənin Suriyada istədiyini əldə etməsinə imkan yaradıb. Eyni məsələ bundan sonra Qəzzaya da aiddir. Yenə də Amerika ən azından İsrailin təcavüzünü və vəhşiliyini susdurmağa və ya yatırmağa çalışacaq. Xüsusən də, son dövrlərdə Amerika Ukrayna müharibəsini bəhanə gətirərək Avropanı bir yük kimi görüb ondan qurtulduğu kimi, bəşəriyyət üçün təhlükə yaradan və Amerikanın gələcəyini girov saxlayan İsraildən də qurtulacaq. Tramp administrasiyası Amerikanın maraqlarını qorumağa yönəlmiş bir siyasət istəsə də, Netanyahu İsrailin maraqlarını qorumaqla, Amerikanın ehtiyatlarından istifadə etmək niyyətindədir. Tramp bundan xəbərdar olduğundan, bu sionist məktəbinin və lobbisinin təsirindən azad olmağa və Yaxın Şərqin Amerikanın maraqları çərçivəsində yenidən dizaynını müəyyən etməyə çalışır”.

Hüsamettin İnaç Hüsamettin İnaç

“Türkiyə Qətərdə, Suriyada və Qəzzada əhəmiyyətli bir təsir imkanı qazanıb. Netanyahu "Mən yatarkən sülh şurası yaradıldı" deyib. Netanyahu bilmədiyi adlardan şikayətlənəndə Trampın cavabı "Qəzza səni narahat etməsin. Qəzza bizim problemimizdir, olduğun yerdə qal" kimi olub. Buna görə də, Netanyahunun siyasi karyerasının törətdiyi vəhşiliklər və insanlığa qarşı sistematik cinayətlər səbəbindən çox tezliklə başa çatacağı aydındır. Amerika, çox güman ki, artıq İsrailin yanında dayanmayacaq. Pentaqon kimi sionist strukturlar Trampın iradəsi qarşısında ciddi şəkildə geri çəkilir. Buna görə də beynəlxalq ictimaiyyət Türkiyə ilə birlikdə hərəkət etməlidir. Biz Netanyahu administrasiyası və cinayətlər törədən, sistematik şəkildə insanlığı məhv etməyə çalışan və bu dünyada, hətta Nasist dövründən kənarda belə görünməmiş bir soyqırım həyata keçirən İsrail terror təşkilatı ilə qarşılaşırıq. Buna görə də, dünya İsrail təcavüzünü neytrallaşdırmaq və radikal, fanatik rejimi ən azı bir nəfərlə humanist bir liderlə əvəz etmək üçün Türkiyə ilə birlikdə hərəkət etməlidir”-deyə Hüsamettin İnaç bildirib.

İradə Cəlil, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »