Ötən il “Xalq Bank"ın xalis mənfəəti 2024-cü illə müqayisədə 7,1% və ya 4 milyon 640 min manat azalaraq 61 milyon 81 min manat təşkil edib. 2024-cü ildə bank 65 milyon 721 min manat xalis mənfəət əldə etmişdi.
Hesabat dövründə bankın faiz gəlirləri 24,3% artaraq 228 milyon 641 min manat, faiz xərcləri isə 94,2% artaraq 97 milyon 362 min manat təşkil edib.
Bu dövrdə bankın qeyri-faiz gəlirləri 52 milyon 336 min manat ( illik müqayisədə 22,2% çox ), qeyri-faiz xərcləri isə 115 milyon 96 min manata ( illik müqayisədə 15,7% çox) bərabər olub.
Ötən il bankın aktivləri 115 milyon 621 min manat və ya 3,8% artaraq 3 milyard 184 milyon 466 min manat təşkil edib. Bu dövrdə “Xalq Bank”ın kredit portfeli (müştərilərə verilmiş kreditlər) 2,11% azalaraq 1 milyard 847 milyon 435 min manata çatıb.
“Xalq Bank”ın cəmi öhdəlikləri isə 2 milyard 642 milyon 014 min manat təşkil edib ki, bu da illik müqayisədə 3,29% və ya 84 milyon 159 min manat çoxdur.
Hesabat dövründə bankın depozit portfeli (banklar və digər maliyyə institutları istisna olmaqla) də 0,83% və ya 15 milyon 902 min manat artaraq 2 milyard 220.9 milyon manata yüksəlib.(valyuta.az)






