Dünya bazarında Azərbaycan neftinin qiyməti 71 dolları ötüb.
Bizimyol.info xəbər verir ki, “Azeri Light” markalı neftin bir barelinin qiyməti 3,21 dollar və ya 4,7 faiz artaraq 71,75 dollar olub.
Xatırladaq ki, "Azeri Light" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb.
Qeyd edək ki, Azərbaycanın builki dövlət büdcəsində Azərbaycan neftinin 1 barelinin orta qiyməti 65 ABŞ dollarından hesablanıb.






