Avropa İttifaqı (Aİ) fevral ayında Rusiyaya qarşı 20-ci sanksiya paketini hazırlamaq niyyətindədir.
Bizimyol.info xəbər verir ki, bu barədə Avropa diplomatiyasının rəhbəri Kaja Kallas Berlində keçirilən mətbuat konfransında məlumat verib və onun bir parçası "X" tərəfindən dərc edilib.
"Biz 20-ci sanksiya paketi üzərində işləyirik və onu gələn ay (fevral) yekunlaşdırmaq niyyətindəyik", - deyə bəyanatda qeyd edilib.
13 yanvarda "Euractiv" Finlandiya və İsveçin Avropa Komissiyasını Rusiyaya lüks malların ixracını və Rusiya neft tankerlərinə xidmət göstərilməsinin qadağan edilməsini, eləcə də Rusiya gübrələrinin idxalına Aİ kvotalarının azaldılmasını tələb etdiyini bildirib.
Daha əvvəl "Politico" Avropa diplomatlarına istinadən xəbər verib ki, Aİ 20-ci sanksiya paketini 2026-cı ilin əvvəlində hazırlamağa başlayacaq.






