Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Sənətkarlığa və incə zövqə əsaslanan dərzilik peşəsi... İndi toy və məzuniyyət dönəmində yada düşür - Video
Sənətkarlığa və incə zövqə əsaslanan dərzilik peşəsi... İndi toy və məzuniyyət dönəmində yada düşür - Video

Qala qəsəbəsindəki “Tullantıdan sənətə” muzeyində qədim paltartikən maşından hazırlanmış heykəl diqqətimi çəkdi. Maraqlı idea idi, tikiş maşınını qəribə bir heykələ çevirmişdilər. Çox kreativ bir düşüncə idi.

Dərziliyin tarixi qədim dövrlərə gedib çıxır. İnsanların geyim ehtiyaclarını ödəmək üçün qədim dövrlərdə yaranan dərzilik, insanların ov etməyi öyrənməsi və soyuqdan qorunmaq üçün heyvan dərilərindən geyim yaratması ilə başlayıb. Əvvəlcə sümük parçalarından iynə kimi istifadə edən insanlar geyim yaratmaq üçün dəri parçalarını bir-birinə tikməyə başladılar. Daha sonra toxuculuq sənətinin inkişafı ilə parçaların insan bədəninə uyğun kəsilməsi, tikilməsi, bəzədilməsi və formalaşdırılması tədricən inkişaf etdi. Bu sənət zamanla cəmiyyət üçün zərurət oldu. Dərzilik sənətkarlığa və incə zövqə əsaslanan bir peşəyə çevrildi.

Osmanlı İmperiyasında dərzilik çox vacib bir peşə idi və dərzilərə çox hörmət edilirdi. "Terzi" (dərzi) və "terzibaşı" (derzibaşı) terminləri ilə ilk dəfə Osmanlı dövründə (1402-1413) qarşılaşırıq.

İndiki vaxtda dərzilərə yalnız toy geyimləri və ya məzun geyimləri tikdirmək və ya fabrikdə istehsal olunmuş məhsulları dəyişdirmək üçün gedirik. Bir çox digər əl işi sənətləri kimi dərzilik də tədricən yoxa çıxır.

Keçmişdə dərzi emalatxanaları, xüsusən də bayramqabağı tətillərdə heç vaxt boş qalmazdı. Dərziyə gedib sizin üçün kostyum və ya don tikdirmək ənənəsi var idi. Rəflər parça ilə dolu idi. Sifarişlər ardınca sifarişlər qəbul edilirdi. Bu gün isə dərzilər kiçik problemlər üçün müraciət edirik. Yəni dərzilik peşəsi də zamanla aradan çıxmağa başlayıb.

İradə Cəlil, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »