Çin Xarici İşlər Nazirliyinin bəyanatında deyilir ki, Çin ABŞ-ın Venesuelaya hücumlarını və prezident Nikolas Maduroya qarşı hərəkətlərini qətiyyətlə pisləyir. Çin hesab edir ki, ABŞ-ın hegemon hərəkətləri beynəlxalq hüququ pozur, Latın Amerikası ölkələrinin təhlükəsizliyini təhdid edir və Venesuelanın suverenliyini pozur. Çin, Vaşinqtonu BMT Nizamnaməsinə riayət etməyə çağırıb.
Qeyd edək ki, 3 yanvar səhəri ABŞ Venesuela və onun paytaxtı Karakas şəhərinə hücumlar təşkil edib. ABŞ prezidenti Donald Tramp Maduro və həyat yoldaşının tutulduğunu elan edib. Onlar ABŞ məhkəməsində müahkimə ediləcəklər. Bir neçə ölkə Vaşinqtonun hərəkətlərini pisləyib və BMT Təhlükəsizlik Şurasının iclasını çağırıb.
- Venesuelada Okeanın o tayındakı hadisə Çinə siyasi iqtisadi təsir edirmi? Çinin növbəti addımı nə ola bilər?
Politoloq Əli Orucov Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, Çinlə Venesuela arasında güclü iqtisadi və siyasi əlaqələr mövcuddur: “Pekin Karakasla sıx əlaqlərə malikdir və Maduro dönəmində Venesuelanın neft-qaz sənayesində xeyli paya malik olub. Yataqların işlənilməsində və yeni texnologiyanın tətbiq edilməsində Çin qabaqcıl rol oynayıb. Çin Venesuela iqtisadiyyatına ən böyük sərmayə qoyan ölkələrin başında gedir və buna görə də Birləşmiş Ştatların məlum hücumu Vaşinqtonla-Pekin arasında gərginliyə səbəb ola bilər. Çin Xarici İşlər Nazirliyi artıq bununla bağlı ABŞ-a xəbərdarlığını bildirib və Maduronun dərhal azad olunmasını tələb edib. Vaşinqtonun davranışları sonrakı prosesləri şəkilləndirəcək. Əgər Pekinin maraqları nəzərə alınacaqsa, o zaman həbs edilən prezidentlə bağlı hansısa ciddi problemlər yaşanmayacaq”.
Əli OrucovPolitoloq vurğulayıb ki, Trampın mətbut konfransında dediklərinə istinadla, Venesueladan Çinə neft satışı davam etdiriləcək və təbii ki, bu əvvəlki kimi ucuz olmayacaq.
Əli Orucov, Asiya nəhənginin nefti təkcə Venesueladan almadığı üçün Cənubi Amerikada baş verən hadisələrin iqtisadiyyata təsir edəcəyini düşünmür: “Çin Rusiyadan da ucuz neft ixrac edir, İran da təminatda önəmli rol oynayır. Çin Ərəb körfəzi ölkələrindən də neft alır. Odur ki, Pekinin iqtisadiyyatı Venesuela neftindən asılı olmadığından hansısa silkələnmələr baş verməyəcək. Ancaq Pekin çalışacaq ki, ABŞ-dan daha çox güzəştlər əldə etsin. Əlverişli sövdələşmələr gerşıkləşdirsin. Maduronun geri qaytarılması mümkün deyil və artıq o dövr qapanıb. Venesuelanın yenidən dizyan edilməsində Çin kənarda qalmaq istəməyəcək və həm beynəlxalq platformalarda, həm də Venesueladakı qruplarla fəal işləyəcək”.
İradə Cəlil, Bizimyol.info






