Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Zəif immun sistemi, sıx sosial mühit... Məktəb və bağçalarda viruslar sürətlə yayılır: Valideynlər nə etməlidir?
Zəif immun sistemi, sıx sosial mühit... Məktəb və bağçalarda viruslar sürətlə yayılır: Valideynlər nə etməlidir?

Yeni tədris ili başladıqdan sonra uşaqlar arasında müxtəlif virus infeksiyalarının sürətlə yayılması müşahidə olunur. Xüsusilə, bağça və ibtidai sinif yaşlı uşaqlar bu baxımdan ən həssas qrup hesab edilir.

  • Viruslar niyə məktəb və bağçalarda tez yayılır?

Uşaqların yumşaq immun sistemi, sıx sosial mühit və gigiyena vərdişlərinin hələ tam formalaşmaması virusların sürətlə yayılmasına səbəb olur. Klasslar, oyun meydançaları və yeməkxanalar virusların kontakt yolu ilə və hava-damcı yolu ilə keçməsini asanlaşdırır.

Epidemioloqlar bildirirlər ki, xüsusilə qrip, adenovirus və enteroviruslar uşaqlar arasında sürətlə yayıla bilər. Həmçinin, son dövrdə RSV və soyuqdəymə virusları da geniş yayılıb.

Uşaqlarda yoluxmanın əlamətləri yüksək hərarət, öskürək və boğaz ağrısı, burun axıntısı, yorğunluq və halsızlıq, bəzən qusma və ishal olur. Çox vaxt bu simptomlar yüngül keçir, amma bəzi hallarda pnevmoniya və ya digər komplikasiyalar yarana bilər. Xüsusilə, immuniteti zəif uşaqlar üçün risk daha yüksəkdir.

Məktəb və bağçaların açılması uşaqların sosial və intellektual inkişafı üçün vacibdir. Lakin virusların sürətlə yayılmasının qarşısını almaq üçün həm valideynlərin, həm də məktəblərin birgə tədbirləri zəruridir. Sadə gigiyena qaydalarına əməl etməklə, uşaqların sağlamlığını qorumaq mümkündür.

Leyla Mirzə, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »