Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Münhenin mərkəzində partlayışlar və atışma
Münhenin mərkəzində partlayışlar və atışma

Almaniyanın üçüncü ən böyük şəhəri olan Münhenin mərkəzində partlayışlar və atışmalar barədə məlumatlar yayılıb. Bildirilənlərə görə, iki nəfər həyatını itirib.

Bizimyol.info xəbər verir ki, polis və yanğınsöndürənlər Lərkenauer küçəsini mühasirəyə alıblar. Hadisə yerində eyni zamanda bomba zərərsizləşdirici qrup da fəaliyyət göstərir.

Əlavə məlumatlar hələ ki, ictimaiyyətə açıqlanmayıb. Təhlükəsizlik qüvvələri hadisənin təfərrüatları ilə bağlı araşdırmalarını davam etdirirlər.

Hadisə ilə bağlı məlumatlar hələ də dəqiqləşdirilməkdədir.

Yerli media xəbər verir ki, Münhen sakininin Lerkenauer küçəsindəki valideynlərinin evini partladıb, partlayış yanğına səbəb olub.

Münhen polisi daha sonra partlayışlardan sonra ictimaiyyət üçün təhlükə əlamətinin olmadığını bildirib.

Polis sözçüsü "t-online" portalına: "Hazırda ictimaiyyət üçün təhlükə əlamətləri yoxdur", - deyib. O əlavə edib ki, yanğın yaşayış binasında baş verib. Binanın qarşısında dayanmış iki avtomobil də yanıb; yanğınlar artıq söndürülüb.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »