İnsan nə qədər mədəniyyətdən, tərbiyədən, əxlaqdan, vicdandan, etikadan, insanlıqdan uzaq və ya məhdud olmalıdır ki, belə bir davranış göstərsin. Axı hər insan özünü öz evində, öz yuvasında rahat və təhlükəsiz hiss etməlidir. Heyvanlar üçün xüsusi hazırlanmış yuvaya hazır kofe qutularını atmaq necə bir insanın "iş"i ola bilər?
Bu gün Gənclik metrostansiyasının yaxınlığındakı yaşayış məntəqələrinin ətrafında belə bir acı mənzərə ilə qarşılaşmaq necə də üzücü, ağrılı... İnsan bir heyvanın yuvasını niyə zibilləyər? Buna niyə əmək, vaxt, enerji sərf edər? Bir insanın heyvandan necə bir acığı ola bilər? Bu davranış intiqamdırsa, pişik və ya it kimi küçədə həyatda qalmağa çalışan kiçik heyvanlara qarşı kin bəsləmək hansı məqsədli insanın içində ola bilər? Bir heyvana zərər vermək davranışını belə aciz, belə ucuz səviyyədə nümayiş etdirmək... Öz səviyyəsinin necə də alçaldığını göstərmək və ya necə "alçaq" səviyyədə insan olduğunu göstərmək...
Fredriç Holderlinin dediyi kimi: "Heç nə insan qədər yüksələ bilməz və heç nə insan qədər alçala bilməz"...
Orxan, Bizimyol.info






