Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Netanyahu: "Qəzzada demilitarizasiya olmadan bərpa işlərinin başlanmasına yol verilməyəcək"
Netanyahu: "Qəzzada demilitarizasiya olmadan bərpa işlərinin başlanmasına yol verilməyəcək"

İsrail HƏMAS tərk-silah edilmədən və anklav tam demilitarizasiya olunmadan Qəzza zolağında bərpa işlərinin başlanmasına yol verməyəcək.

"Report" xəbər verir ki, bu barədə İsrailin Baş naziri Benyamin Netanyahu Nazirlər Kabinetinin iclasında deyib.

"Qəzzada (HƏMAS-ın - red.) tərk-silah və sektorun demilitarizasiyası olmadan heç bir bərpa işi olmayacaq", - o qeyd edib.

Bundan əlavə, Netanyahu İsrail-Livan münaqişəsinə toxunaraq qeyd edib ki, İsrail öz maraqlarına uyğun hərəkət etməyə davam edəcək.

"Bir sıra medialar iddia edirdi ki, guya prezident (ABŞ Donald Tramp - red.) Livandakı terror obyektlərinə qarşı heç bir tədbir görməməyi xahiş edib. Bu, yalan məlumatdır. O mənə bu barədə heç nə deməyib, mən də soruşmamışam. Biz öz mülahizələrimizə uyğun hərəkət edirik", - İsrailin Baş naziri vurğulayıb.

Son xəbərlər
Bütün xəbərlər »